Banklar tərəfindən təsdiq edilmiş cari dövr üçün qüvvədə olan strateji plan 2024-cü ilin mart ayının 31-dək Mərkəzi Banka təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu Standartların qüvvəyə minməsi tarixindən sonra hər üç aydan bir bankda korporativ idarəetmənin tətbiqinin bu Standartlara uyğunluğunun bank tərəfindən qiymətləndirilməsi və qiymətləndirmə başa çatdıqdan sonra 15 (on beş) iş günü ərzində nəticələrinin Mərkəzi Banka təqdim edilməsi tələb olunur.
