Bankın sistem əhəmiyyətliliyi, risk profili, habelə fəaliyyətinin mürəkkəbliyi və xüsusiyyəti nəzərə alınmaqla komplayens funksiyasının gücləndirilməsi məqsədi ilə bankda baş komplayens inzibatçısı təyin oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bankda baş komplayens inzibatçısı təyin olunmadıqda bankın fəaliyyətinin qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə uyğunluğuna nəzarət baş risk inzibatçısı tərəfindən həyata keçirilir.