Daxili audit fəaliyyətinin effektivliyinin artırılması məqsədilə İdarə Heyəti daxili audit funksiyasını bankdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, məhsul və əməliyyat dəyişiklikləri barədə məlumatlandırmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlanır. Hesabatda audit tapıntıları faktlarla əsaslandırılır və məsul şəxslər (struktur bölmələr) göstərilir.