Güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddə və qurğular, odlu silahlar və onların sursatları, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyalar saxlanılmağa aktla təhvil verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Akt 2 nüsxədə tərtib olunur, aktın bir nüsxəsi cinayət işinə tikilir, ikinci nüsxə maddi sübutları saxlamağa götürən təşkilata verilir.