Malların ekspertizası məqsədilə və digər zəruri hallarda maddi sübut olan qiymətliləri və s. malları təhqiqat və istintaq aparan gömrük orqanının vəzifəli şəxsləri işin icraatda olduğu müddət ərzində, habelə məhkəmə və ya müvafiq səlahiyyətli orqanının qərarınadək xüsusi müəyyənləşdirilmiş yerdə saxlaya bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Saxlanma yeri malların, pul və digər qiymətlilərin qorunub saxlanılması və toxunulmazlığını təmin edən tələblərə cavab verməlidir.