Gəncənin Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs edilib.

Heftelik.az-ın məlumatına görə, bunu  Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, hazırda onlar barəsində istintaq hərəkətləri aparılır: “Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb. Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.