Korporativ idarəetmə bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərinin müəyyən edilməsini, onlara nail olması üçün alət və proseslərin mövcudluğunu, bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edən idarəetmə üsuludur.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Daxili nəzarət sistemi  risklərin idarəedilməsi, komplayens və daxili audit funksiyaları daxil olmaqla bankın fəaliyyəti üzərində monitorinqi təmin edən idarəetmə və təşkilati strukturu əhatə edən  sistemdir.