Daktiloskopik və DNT məlumat banklarında saxlanılan məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərin dövlət orqanlarına verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Dövlət daktiloskopik və genom qeydiyyatından keçmiş şəxs barədə sorğular 7 (yeddi) iş günü, təcili sorğular isə 1 (bir) iş günü ərzində icra edilir.