Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin könüllü dövlət genom qeydiyyatı onların müraciətlərinə əsasən yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanların könüllü dövlət daktiloskopik və ya genom qeydiyyatı onların qanuni nümayəndələrinin iştirakı ilə yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya DİN KTİ tərəfindən aparılır.