İstifadəçi poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları, poçt rabitəsi xidmətlərinin tarifləri, göstərilən poçt rabitəsi xidmətləri, poçt göndərişlərinin çatdırılma müddətləri, poçtla göndərilməsi qadağan olunmuş və məhdudlaşdırılmış əşya və mallar, poçt rabitəsi operatorunun poçt fəaliyyəti üçün aldığı lisenziyanın nömrəsi poçt rabitəsi operatorunun iş rejimi, poçt rabitəsi operatorunun istifadəçi qarşısında məsuliyyəti barədə məlumatları, habelə qanunvericiliklə qadağan olunmamış digər məlumatları almaq hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.