Su təchizatı sistemi – suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Su təchizatı (su kəməri girişi) və kanalizasiya (kanalizasiya buraxıcısı) sistemlərinə birləşdirmək üçün su kəməri və kanalizasiya qurğu və avadanlığı – İstehlakçının su təchizatı sistemindən içməli su alması və(və ya) tullantı sularını kanalizasiya sisteminə axıtması üçün qurğu və avadanlıqlardır.