Təhlükəli tullantıların fiziki-kimyəvi xassələrinə görə, yarımqrupu təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.

Yarımqruplara ayrılmış birləşmələr aşağıdakı ardıcıllıqla tərtib edilir:

– üzvi birləşmələr;

– qeyri-üzvi birləşmələr;

– bu birləşmələrlə çirklənmiş materiallar.

Təhlükəli tullantıların hər yarımqrupuna bir neçə növə aid tullantı daxil olarsa, tullantı növünün təyini zamanı prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir.

Təhlükəli tullantıların identifikasiyası  və təsnifat sistemi bu Təlimata uyğun olaraq aparıldıqdan sonra, əldə edilmiş məlumatlar təhlükəli tullantının pasportuna və inventarlaşdırılması üzrə blanka (illik hesabat da daxil olmaqla) daxil edilir.