Poçt ünvanlarında alıcılara çatdırılan poçt göndərişlərinə nələrin aid olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt ünvanlarında alıcılara çatdırılan poçt göndərişlərinə aşağıdakılar aiddir:
– sifarişli məktub, poçt kartları və çəkisi 2 kq-dək olan sekoqramlar;
– poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr;
– qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər;
– sürətli poçt göndərişləri (gömrük ödənişləri tətbiq olunmuş göndərişlər istisna olmaqla).
