İctimai yerlərdə qeyri-etik davranışları ilə gündəmə gələn gənc tiktokerlə bağlı diqqət çəkən məlumat yayılıb.

Heftelik.az-ın xəbərinə görə, “express.xeberler” həmin gəncin sabiqi dövlət xadimi Afiyəddin Cəlilovun nəvəsi olduğu barədə məlumat yayıb.

Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub, 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-q/əsd nəticəsində ö|dürülüb. Oğlu Nihad Cəlilovun  biznesmendir.

Ötən ilin iyulunda vergi borcunu ödəmədiyi üçün Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulması xəbəri də yayılmışdı. Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmışdı. Məlum olmuşdu ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunmuşdu.