İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göldə qayığın aşması nəticəsində boğulub.

Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiridi.

Faktla bağlı araşdırma aparılır.