Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib.

Heftelik.az-ın məlumatına görə, iclas Ermənistan-Azərbaycan sərhədində – Qazaxda keçirilib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edib.

Qeyd edək ki, tərəflər sonuncu dəfə ötən ilin 30 noyabr tarixində görüşüblər.