Dik borunun sorucu hissəsinin ağzına deflektor şəklində (flyüqarka, sadə qapaq və s.) müqavimət verə bilən quruluşların qoyulmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Müvafiq əsaslandırma olduqda 4 və daha çox dik borunun yuxarıda birləşdirilərək bir sorucu hissə ilə təmin edilməsinə yol verilir.
İstismar edilən damlarda 4 və daha çox dik borunu birləşdirən sorucu hissənin hündürlüyü 3 m-dən az olmamalıdır. Bu şərtlərə əməl etmək mümkün olmadıqda kanalizasiya dik boruları dam örtüyündən yuxarı qaldırılmamalıdır. Belə halda hər bir dik borunun sonunda, ən hündürdə cihaz və avadanlıq qoyulmuş mərtəbə döşəməsinin üstündə, borunun ağzında hava klapanı (havanı yalnız bir istiqamətdə – dik boruya buraxan vakuum əleyhinə klapan) qoyulmalıdır.
Dik borularda ayrılmış kanalizasiya qazlarını insanların olduğu zonalardan kənarlaşdırmaq lazım gəldikdə yuxarıda göstərilən uyğun həllər qəbul edilməlidir.
