“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə aparılmış maliyyə əməliyyatları hər əməliyyat gününün sonunda Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən icmallaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
İcmallaşdırılan göstəricilər qanunvericilikdə aidiyyəti dövlət orqanlarına və ya qurumlarına təqdim edilməsi nəzərdə tutulan hesabatların tərtib edilməsində istifadə edilir.
