Gömrük orqanı əməkdaşı hər hansı şəxsə qarşı seksual qısnamaya, yəni şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməli, təhrik etməməli və belə davranışa üçüncü şəxslər tərəfindən yol verilməsinə şərait yaratmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməlidir.
Seksual qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran digər hallara görə şikayət etmiş gömrük orqanı əməkdaşına təzyiq göstərilməsinə və ya onun təqib olunmasına yol verilməməlidir.
