Yevlaxda avtomobil ağaca çırpılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Yavər Həsənov idarə etdiyi “VAZ 21061” markalı avtomobillə idarəetməni itirirək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə övladı, 2019-cu il təvəllüdlü Məna Həsənov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.