İşlənmiş ərazilərdə bina və qurğuların layihələndirilməsi prinsipləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğular onların təyinatından və iş şəraitindən asılı olaraq sərt, təsiri tabeli və kombinə olunmuş konstruktiv sxemlər üzrə layihələndirilməlidir. Konstruktiv sxem növü daxil edilən konstruktiv mühafizə tədbirlərinin zəruriliyini, xarakterini və tərkibini müəyyən edir.
