Əgər konstruksiyalar hesablandıqda yer səthinin ayrı-ayrı deformasiya növlərindən yaranan qüvvələr başqa növ yük və təsirlərdən yaranan qüvvələrlə müqayisədə kifayət qədər az olması təyin olunarsa, onda bu növ deformasiyaların nəzərə alınmamasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Əsasın qeyri-bərabər deformasiyalarının təsirindən bina və qurğunun konstruksiyalarında yaranan qüvvələrin, deformasiyaların və açılmış çatların eninin müəyyən olunması üçün istifadə edilən əsas deformasiyalarının hesablama qiymətlərinin bu normalara əsasən qəbul edilməsinə yol verilir.
