Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üzrə təkliflər vermək və tələbələrin ədliyyə orqanlarında və məhkəmələrdə istehsalat təcrübəsi keçmələrinə dair müvafiq ali təhsil müəssisələri ilə müqavilələr bağlanmasına dair təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında zərurət olarsa müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək də var.
