Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına Nazirlik üzrə insan resursları ilə işə dair əmr və sərəncamların qeydiyyatını həyata keçirmək, onların saxlanmasını təmin etmək və icrası ilə bağlı aidiyyəti tədbirləri görmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Bu vəzifələr sırasında ədliyyə orqanlarına qulluğa qəbul edilən, başqa vəzifəyə keçirilən, habelə qulluq keçməsinə xitam verilən işçi barədə məlumatı “Elektron sənəd dövriyyəsi” informasiya sisteminə daxil edilməsi üçün müəyyən olunmuş müddətdə nazirliyin aidiyyəti qurumuna təqdim etmək daxildir.