Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında Nazirliyin rəhbərliyinin və digər vəzifəli şəxslərinin media subyektləri ilə görüşlərini təşkil etmək və ədliyyə fəaliyyətinə dair mətbuat konfransları və brifinqlər təşkil etmək var.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Həmçinin bu vəzifələr sırasında qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması üzrə müəyyən olunmuş qaydada tədbirlər görmək və fəaliyyət istiqamətləri üzrə və Nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək də əksini tapıb.