Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin fəaliyyət istiqamətləri sırasında hər kəsin ədliyyə orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə edilməsini təmin etmək var.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Həmçinin fəaliyyət istiqamətləri sırasında ədliyyə sistemində ictimai iştirakçılığı təmin etmək məqsədilə Nazirlik yanında vətəndaş cəmiyyəti institutlarından ibarət İctimai Şuranın işini əlaqələndirmək, ictimaiyyətin digər nümayəndələri ilə qarşılıqlı fəaliyyət həyata keçirmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək də əksini tapıb.