DNT profili məlumat bankında olan hər hansı bir şəxs barəsində yeni bioloji material daxil olduqda, ondan əldə olunmuş DNT profilləri müqayisə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.

Fərqləndirici əlamətlər olduqda, onun səbəbi araşdırılır, düzgün olanı müəyyən edilir və əvvəlki qeydiyyat sənədlərində də düzəlişlər aparılır.  Daktiloskopik xəritələrin və DNT profillərinin müvafiq məlumat banklarına nə vaxt və kim tərəfindən daxil edilməsi, həmçinin nə vaxt və kim tərəfindən dəyişiklik edilməsi qeyd olunur.