Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında müvafiq sahədə kağız sənəd dövriyyəsinin və informasiya ehtiyatlarında kağız daşıyıcıda olan məlumatların rəqəmsal formata keçilməsi üzrə tədbirlər görmək və Nazirliyin elektron sənəd dövriyyəsi sistemini Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi ilə inteqrasiya edərək digər dövlət qurumları ilə elektron sənəd mübadiləsini təmin etmək var.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Həmçinin vəzifələr sırasında müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək, habelə qanuna uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihələrinin özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirilməsi üçün tədbirlər görmək və müvafiq sahədə Nazirliyin müxtəlif hesabatlarda və reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər görmək də əksini tapıb.