Aparıcı Elgiz Əkbər verilişinə qatılmaq üçün müğənnilərdən istənilən reklam qiymətini açıqlayıb.
Heftelik.az xəbər verir ki, o, bu barədə öz verilişində bildirib.
Elgiz Əkbər deyib ki, proqramına qatılanlar 2 min manat ödəməlidir.
“Kommersiyadır, bizdə də var. “Elgizlə izlə”də reklam olunmaq istəyən 2 min manat ödəməlidir. Heç 1999 manat da olmaz”, – deyə Elgiz vurğulayıb.