2023-cü ildə bələdiyyələrlə bağlı araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib, onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.

Heftelik.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ildə bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində hesabatlılıq və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlər görülüb