Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə cərimələr məlum olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəllədə əksini tapıb.

Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.