Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin hüquqları sırasına qanunvericiliyə uyğun olaraq hakimlərin baş idarəyə ezam edilməsi barədə təklif vermək, müvafiq hakimlərin peşə hazırlığının artırılması işinin təşkilində, onların tədris kurslarına və treninqlərə cəlb olunması barədə təkliflər vermək və müvafiq məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün təkliflər vermək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Hüquqi maarifləndirmə işində iştirak etmək, fəaliyyəti ilə bağlı ictimai maraq kəsb edən məlumatları media, o cümlədən nazirliyin mətbu nəşrləri və rəsmi internet saytı vasitəsilə yaymaq və baş idarənin fəaliyyət istiqamətləri üzrə vəzifələrinin icrası ilə bağlı digər hüquqları həyata keçirmək də bu hüquqlar sırasındadır.