Konstruksiyalar əsasın və qurğunun birgə işləməsi şərtindən işlənmədən yaranan təsirlərə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Kontakt (əsasın bünövrə ilə kontaktında normal və toxunan) gərginliklərin qiymətindən asılı olaraq əsasın modeli aşağıdakı kimi qəbul olunmalıdır:

  1. a) xətti- elastik sistemlər;
  2. b) qruntun stabilləşmiş vəziyyətində əsasda deformasiya və yüklər arasında qeyri-xətti əlaqəni, yükləndikdə və yükdən azad edildikdə əsasın deformasiya xassələrinin fərqliliyini, əsas ilə bünövrə arasında əlaqənin pozulmasını əks etdirən qeyri-xətti, qeyri-elastik sistemlər;
  3. c) tikinti müddətində və istismar dövründə zamanın müxtəlif anları üçün (qruntun stabil olmayan vəziyyətlərində) əsasın deformasiya xassələrini əks etdirən reoloji sistemlər.

Hesablama üçün əsasın modeli binanın (qurğunun) konstruktiv xüsusiyyətləri, təyinatı və bu normalarda verilən göstərişlər nəzərə alınmaqla seçilməlidir.

Əsasın bünövrə ilə kontaktında deformasiya xassələrinin əsasın eyni zamanda iki sərtlik əmsalının: sıxılmada – C, üfüqi yerdəyişmədə  – D, və yaxud onlardan birinin tətbiq edilməsi ilə müəyyən edilməsinə yol verilir.