Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Vayxır kəndi ərazisində qeydə alınıb.

Yağışlı havada “Niva” markalı avtomobillə “Hyundai-Santa fe” markalı avtomobil toqquşub. Nəticədə “Niva”da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu və “Hyundai”də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.