Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk Xalq şairi Səməd Vurğunun doğum günüdür.

Heftelik.az-ın məlumatına görə, o, ədəbiyyatımızın inkişafında mühüm rol oynamış, ölməz əsərləri ilə onu daha da zənginləşdirmişdir.

Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov onun əziz xatirəsini yad edərək şairin 1953-cü ildə qələmə aldığı “Şair, nə tez qocaldın sən” şeirinə bəstələnmiş musiqisi Xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlova məxsus əsəri təqdim edib.