“Crocus City Hall”da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Heftelik.az-ın xəbərinə görə,  barədə “112” teleqram kanalı məlumat yayıb.

***

saat 22.02

Moskvada yerləşən “Crocus City Hall”  konsert salonunda atışma olub.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə “Baza” telegram kanalı məlumat yayıb.

Maskalı və silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açıb. İlkin məlumata görə, azı 15 nəfər ölüb, onlarla yaralı var,

Hadisədən sonra binada yanğın başlayıb.

Qeyd edək ki, “Crocus City Hall” Moskva vilayətində Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.