Xalq artisti Röya Ayxanın bu gün Moskvada  “Crocus City Hall”-da  konserti təxirə salınıb.

Heftelik.az-ın məlumatına görə,  buna “Crocus City Hall”un konsert zalında baş verən silahlı insident səbəb olub.

Röya Ayxan İnstagram-da görüntülü paylaşımında bildirib ki, atışma konsertin başlamasına 2 dəqiqə qalmış baş verib. O, atrışmanın ikinci zalda olduğunu, həyatları üçün təhlükə olmadığını bildirib.

Qeyd edək ki, bu gün Moskvada yerləşən “Crocus City Hall” konsert salonunda atışma olub.Maskalı və silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açıb. İlkin məlumata görə, azı 40 nəfər ölüb, 100-dən çox yaralı var,
Hadisədən sonra binada yanğın başlayıb.
Qeyd edək ki, “Crocus City Hall” Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.