Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Heftelik.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 133 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***

saat 14.06

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Heftelik.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.
Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***

saat 12.44

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Heftelik.az-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 93 nəfərə çatdığını açıqlayıb.

***

saat 11.25

Martın 22-də axşam Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Heftelik.az-ın  “112” Teleqram kanalına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 82 nəfərə çatıb.

Yaralıların dəqiq sayı barədə isə məlumat verilməyib. Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Moskva vilayətinin Səhiyyə Nazirliyi isə terror aktında həlak olanlar arasında 3 uşağın olduğunu açıqlayıb.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda bildirilmişdi ki,  “Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

Qeyd edək ki, “Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.