Şəmkirdə ağır yol qəza olub.

Heftelik.az-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106”, “VAZ 2107” və digər avtomobil toqquşub.

Nəticədə 1990-ci il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu və Rəsul Əhmədov ölüb.

Qəza zamanı Şəmkir rayon sakinləri – 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu və 1966-cı il təvəllüdlü Əhmədova Əminə Qəfər qızı müxtəlif xəsarətlər alıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.