Martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mercedes”, Z.Kərimovun idarə etdiyi “VAZ 2109” və D.Səfərlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə, nəticədə “VAZ 2109″ markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər.

“Mercedes”-in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.