“Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm”.

Heftelik.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Futbol Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayev AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib.

“AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral”, -deyə Rövnəq Abdullayev vurğulayıb.