Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarır.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

O, komandanlığın nümayəndəsini qətimkan tədbirinin seçilməsi barədə qərarla tanış edir və qərarın surətini ona təqdim edir, habelə protokolda göstərilməklə onu şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.