Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır.

Vəkil Araz Nurməmmədov  Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini həmin qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.