Türkiyənin müxalif İYİ Partiyanın başqanı Meral Akşener bu siyasi təşkilatın növbəti qurultayında yenidən sədrliyə namizəd olmayacağını açıqlayıb.

Heftelik.az-ın  “Hürriyet”-ə istinadən verdiyi məlumata görə, Meral Akşener  bunu jurnalistləriə açıqlamasında bildirib.

Meral Akşener deyib ki, Yİ Partiyanın təməl prinsiplərinin sarsılmasına baxmayaraq, bununla belə müxalifətin arxa planına keçməmək uğrunda müqavimət göstərirlər: “Mən yaranmış bu vəziyyətə görə məsuliyyəti üzərimə götürməyə hazıram”.