Əsgər vəfat etdi – SƏBƏB

08 Aprel 2024, 00:54

Azərbaycan Ordusunun hərbçisi vəfat edib.

Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.