“Qalatasaray” – “Fənərbaxça” arasında keçirilən “Turkcell Superkubok” matçı 2-ci dəqiqədə “Fənərbaxça”nın meydandan geri çəkilməsi ilə yarımçıq qalıb.

Heftelik.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.

Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək. Hüquqşünaslar bildirirlər ki,  edilən qərar Türkiyə Futbol Federasiyası “Fənərbaxça”nı cərimələyə, klub rəhbərliyinə qarşı sanksiya tətbiq edə, çempionatda 2 xalını silə, yaxud daha radikal qərar verərək növbəti mövsüm yüksək liqada çıxışına qadağa qoya bilər.