Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.