Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur.

Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, – deyə Rusiya Prezidenti qeyd edib.