Nərimanov Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında Qubad İbadoğlu ilə bağlı qərar verilib.

Heftelik.az-ın məlumatına görə, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.