Aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.